Maliyyə Nazirliyi yanında İctimai Şuraya 7 nəfər üzv seçilib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 13-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
İctimai Şuraya seçkilər keçirilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti
institutlarının nümayəndələrinin iştirakı ilə obyektiv və şəffaf
şəkildə keçirilən səsvermə nəticəsində “İctimai iştirakçılıq
haqqında” Qanuna uyğun olaraq aşağıda adları qeyd olunan 7 nəfər
Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib:




Babayev Mehdi Nadir oğlu – “Gənc Mühasiblər” İctimai Birliyinin
üzvü
Novruzova Nuriyyə Zakir qızı – “Azərbaycan Professional Maliyyə
Menecerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri
Əhmədov İnqilab Ağacan oğlu – Xəzər Universitetinin Həmkarlar
Təşkilatının üzvü
Kərimli Əyyub Zöhrab oğlu – “İqtisadi və Sosial Araşdırmalara
Yardım” İctimai Birliyinin sədri
Sadıqov Elman Kamil oğlu – “Ekoloji və Aqrar İnkişaf” İctimai
Birliyinin üzvü
Əzizov Anar Çingiz oğlu – “Azərbaycan Jurnalistlər Şəbəkəsi”
İctimai Birliyinin üzvü
Məmmədov Elşad Yaqub oğlu – Odlar Yurdu Universitetinin Həmkarlar
İttifaqı Komitəsinin üzvü

“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Maliyyə
Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şura Nazirliyin
fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri
üzrə qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi aktların qəbulu
prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai
nəzarəti təmin edəcək.

Həmin Qanuna əsasən Şuranın səlahiyyət müddəti iki ildir və hər
iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən Şuranın
yeni tərkibi seçilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir