Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir?  

Baş səhifə

Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də “BMW 750LI” markalı avtomobildir.

Modern.az xəbər verir ki, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir.

Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir.

Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir.

S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. O, “STS”, “UNİX” və “Sahil-D Kompani” şirkətlərinin rəhbəridir. (Mənbə: teleqraf)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir