
Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiya şəhərində vətəndaşlar etiraz
aksiyası keçiriblər.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, etirazçılar Ədliyyə Sarayının qarşısına
toplaşaraq baş prokuror vəzifəsini icra edən Borislav Sərəfovun
istefasını tələb ediblər.
Sarayın ətrafında avtomobillərin hərəkəti dayandırılıb, aksiya
polis qrupları tərəfindən nəzarətə götürülüb.
Xatırladaq ki, Sərəfovun istefasını tələb edən analoji etiraz
aksiyası ötən çərşənbə də keçirilmişdi.

