
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz
rayon prokuroru Rəşad Məmmədov, idarə və müəssisə rəhbərlərinin
iştirakı ilə Aslanoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Aslanoba, Seyidlikəndyeri, Xuray və
Aşağıoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər,
həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və
torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata
keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

