Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işləri 68%-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində
layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.




Bildirilir ki, “Böyük Qayıdış”ı və onun daha böyük regional
təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2
böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa
olunur.

“Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına
təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona
çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir
köprü” olacaq”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir