Rusiya Azərbaycandan elektrik enerjisi alışını azaldıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya
təqribən 82,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac
edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
3,6 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 40,1%, dəyər
ifadəsi ilə 3,9 milyon ABŞ dolları, yaxud 52,4% azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayı ərzində Rusiyadan
Azərbaycana 2,4 milyon ABŞ dolları dəyərində, 68,4 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 400 min ABŞ dolları və ya 19,8% çox, həcm ifadəsində isə
1,8 milyon kVt/saat və ya 2,6% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir