Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də
davam etdirilib.
Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim
Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların
ittiham çıxışı ilə davam etdirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli
çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş
ittihamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət
bildirib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884
saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində
Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini,
bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə
apardığını təsdiqləyib.
İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən
Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların
aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.
Təcavüzkar müharibənin gedişində Ermənistan silahlı qüvvələri
atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan Respublikası ərazisində
qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvlərini,
mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət
obyektləri, dini, təhsil, elm, tibb obyektlərini, xəstə və
yaralıların yerləşdiyi yerləri, habelə mühüm strateji əhəmiyyətə
malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini
hücum obyektinə çevirib.
Habelə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən
verilən işgəncələrin sistematik xarakter daşıması və geniş
coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin
siyasətini əks etdirdiyini sübut edir.
Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal
edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə
köçürməsini” cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı
zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan
və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan
bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin
köçürüldüyünü təsdiqləyiblər.
Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş
məktublar, erməni mənbələrin məlumatları və internet informasiya
ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.
Vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü yalnız Azərbaycan
Silahlı Qüvvələrinin üzvlərinə yönəlməyib, eyni zamanda, ən böyük
şəhər və rayonlarından olan Gəncə, Bərdə, Ağcabədi, Yevlax,
Mingəçevir, Zərdab, Kürdəmir, Qəbələ və sair kimi əraziləri hücum
obyekti kimi müəyyənləşdirib.
Beləliklə də məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olunub
ki, Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib,
Azərbaycana hərbi təcavüz zamanı, eləcə də ondan sonrakı dövrdə
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və çoxlu
sayda digər xüsusilə ağır cinayətlər törədib.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə
rəisi Nəsir Bayramov çıxış edərək təqsirləndirilən şəxslərin
ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli
cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların
təkliflərini səsləndirib.
Çıxış zamanı, həmçinin təqsirləndirilən şəxslərə qarşı irəli
sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılması, irəli sürülmüş
bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxslərin əməllərinin
daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə
tövsif edilməsi məhkəməyə təklif edilib.
Vurğulanıb ki, təqsirləndirilən Arkadi Qukasyanın, Bako
Sahakyanın və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə
növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham
olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta
yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm
çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları
üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə
əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə
bilməz.
Təklif olunub ki, Harutyunyan Arayik Vladimiri Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini
məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə,
qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
oktyabrın 3-dən hesablansın.
Mnatsakanyan Levon Henrixi ilə bağlı təklif edilib ki,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan
təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma,
beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini
məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə,
qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 29-dan hesablansın.
Təklif edilib ki, Manukyan David Azati Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məhv etmə,
köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa
çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə,
işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz
sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar
birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya
təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ
keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli
bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına
məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin
başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il sentyabrın 27-dən
hesablansın.
İşxanyan Davit Rubeni barəsində təklifdə qeyd olunub ki,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan
təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma,
beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı,
əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib,
insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına
zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə
qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam
öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama,
daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan
əməllər, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ
keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli
bilinməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına
məhkum edilsin və cəzasını həbsxanada çəksin. Cəzaçəkmə müddətinin
başlanğıcı tutulduğu vaxtdan 2023-cü il oktyabrın 3-dən
hesablansın.
Babayan David Klimini barədə təklif edilib ki, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv
etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə,
qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 28-dən hesablansın.
Təklif olunub ki, Qukasyan (Ğukasyan) Arkadi Arşavir Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini
məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə,
qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət
xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə və onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə,
qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və
qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti
olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə
ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
oktyabrın 3-dən hesablansın.
Sahakyan Bako Sahaki barəsində təklif edilib ki, Azərbaycan

Təklif olunub ki, Babayan Madat Arakeli Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq
müdafiədən istifadə edən şəxslərə hücum etmə, soyqırımı, əhalini
məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və adətlərini
pozma, beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam
öldürmə, terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma,
qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə, dövlət xadiminin həyatına sui-qəsd,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10
ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Paşayan Melikset Vladimiri barəsində təklifdə qeyd olunub ki,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan
təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma,
əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib,
insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına
zidd azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma
cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 20 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və
cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Təklif edilib ki, Martirosyan Qarik Qriqori Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv
etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə, işgəncə, müharibə qanunlarını və adətlərini
pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar
birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq 19 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10
ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Allahverdiyan Davit Nelsoniyə dair təklifdə göstərilib ki,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan
təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma,
əhalini məhv etmə, əhalini məcburi köçürmə, təqib, insanları
zorakılıqla yoxa çıxarma, müharibə qanunlarını və adətlərini pozma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik
(təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq 18 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10
ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Balayan Levon Romiki barəsə təklifdə bildirilib ki, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv
etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa
çıxarma, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə
zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam
öldürmə,terrorçuluq, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama,
daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla
saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə,
qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və
qrupları yaratma cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti
olaraq 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə
ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Təklif edilib ki, Beqlaryan Vasili İvani Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini
məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma, hərbi soyğunçuluq qəsdən adam öldürmə, terrorçuluq,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma
cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının
ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 26-dan hesablansın.
Stepanyan Qurgen Homerosi barədə təklifdə deyilib ki, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məhv
etmə, əhalini məcburi köçürmə, təqib, müharibə qanunlarını və
adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar
hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq,
cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma
cinayətlərini törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının
ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 21-dən hesablansın.
Təklif edildi ki, Qazaryan Erik Roberti Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini
məcburi köçürmə, təqib, müharibə qanunlarını və adətlərini pozma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını
pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik
(təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə,
hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini
törətməkdə təqsirli bilinməklə qəti olaraq 16 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ilk 10
ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəksin.
Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il
sentyabrın 27-dən hesablansın.
Bundan başqa, cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun
şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub.
Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən
şəxslərin hər biri barəsində seçilmiş qətimkan tədbirinin hökm
qanuni qüvvəyə minənədək dəyişdirilməməsi məhkəmədən xahiş
ediblər.
Bundan başqa, cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan
Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun
şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub.
Məhkəmədə zərərçəkmişlərin nümayəndələri də təqsirləndirilən
şəxslərə qarşı irəli sürülən ittihamların bir ilə yaxın müddətdə
davam edən məhkəmə istintaqında tədqiq olunan sübutlar,
araşdırılmış materiallar, dindirilmiş şahid və zərərçəkmişlərin
ifadələri, habelə ekspertiza rəyləri və digər dəlillərlə sübuta
yetirildiyini bildiriblər.
Zərərçəkmişlərin nümayəndələr dövlət ittihamını müdafiə edən
prokurorların cəzaya dair təklifləri ilə razı olduqlarını və buna
uyğun hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş ediblər.
Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Köçəryan,
Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan,
Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan,
Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı
iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində
törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15
nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.