
“Real Madrid”in futbolçusu Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, məşqçi Xabi Alonsonun Ardaya etibar etmədiyi iddia edilib. İspaniyanın “Noticies” nəşrinin məlumatına görə, Alonso “Liverpul” futbolçusu Florian Virtzin transfer edilməsini tələb edib. Bildirilir ki, Alonso “Bayer Leverkuzen”də birgə çalışdığı Virtzin onun “Real”dakı fəlsəfəsinə uyğun gələcəyini irəli sürüb. Bildirilir ki, Florian Virtzin transferi reallaşarsa, Arda start heyətdəki yerini itirə bilər. Arda “Real”ın əsas futbolçularında hesab edilir.
Qeyd edək ki, “Bayer Leverkuzen”dən “Liverpul”a transfer olan Florian Virtz İngiltərədə uğurlu oyun nümayiş etdirə bilmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

