Türkiyədə daha bir təyyarə insidenti – pilotdan xəbər yoxdur

Baş səhifə

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Xorvatiyaya texniki baxış üçün göndərilən Meşə İdarəsinə məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqənin kəsildiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Nazirlik bildirib ki,  təyyarənin tapılması üçün Xorvatiya qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatı başlayıb.

Məlumata görə, iki ədəd AT-802 tipli yanğınsöndürmə təyyarəsi 12 noyabrda Çanaqqaladan Zaqreb şəhərinə planlaşdırılmış texniki baxış üçün havaya qalxıb. Hava şəraiti pisləşdiyi üçün təyyarələr gecəni Reyka (Rijeka) Hava Limanında keçiriblər.

13 noyabrda günortadan sonra hər iki təyyarə Zaqrebə doğru yenidən havaya qalxsa da, güclü hava şəraiti səbəbilə geri dönmək qərarı verilib. Onlardan biri Reyka Hava Limanına təhlükəsiz şəkildə enib.

Digər təyyarə ilə isə Türkiyə saatı ilə 18:25-də radio əlaqəsi tamamilə kəsilib. Həm təyyarə, həm də pilotla əlaqənin bərpası üçün bölgədə intensiv axtarışlar davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir