Tramp 2026-cı ildə Davosa səfər etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə İsveçrənin Davos
şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirak etməyi
planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə
istinadən xəbər verib.




Məlumata əsasən, bu addım iki ölkənin ticarət razılaşması ilə
bağlı danışıqları fonunda ABŞ və İsveçrə arasında münasibətlərin
yaxşılaşdığını göstərir. ABŞ prezidentinin iqtisadi foruma böyük
bir nümayəndə heyəti ilə qatılması gözlənilir. 2025-ci ildə Tramp
DİF-də videobağlantı vasitəsilə iştirak edib.

“DİF Prezident Tramp da daxil olmaqla, G20 ölkələrinin dövlət və
hökumət başçılarını 2026-cı ildə keçiriləcək illik iclasına dəvət
edib. Təsdiqlənmiş iştirakçıların dəqiq siyahısı iclasdan bir həftə
əvvəl dərc olunacaq”, – deyə Forumdan bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir