Ərdoğan Xorvatiyada təyyarə qəzası ilə bağlı başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürmə
təyyarəsinin Xorvatiyada qəzaya uğraması ilə bağlı paylaşım
edib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti “X” sosial
şəbəkəsində yazıb.




“Bu axşam Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus
yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması xəbərini aldıq.
Pilotlarımızdan birinin şəhid olduğu bu faciəli qəzadan dərin kədər
hissi keçirirəm. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə,
ölkəmizə və millətimizə başsağlığı verirəm”, – deyə paylaşımda
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir