
Bakı. Trend:
Noyabrın 11-də Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş
Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və
Botsvana Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında
daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında
diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike
imzalanıb.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən
Trend-ə verilən
məlumata görə, Birgə Kommünikedə Azərbaycan Respublikasının və
Botsvana Respublikasının ölkələri və xalqları arasında qarşılıqlı
anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə
olunub.
Sənəddə həmçinin vurğulanıb ki, hər iki dövlətin hökumətləri
diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də
dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili
işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi
yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlayıblar.

