Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Baş səhifə

Bakı. Trend:

Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində
fasilə yaranacaq.

Trendhttp://trend.az xəbər verir ki, bu barədə “Azərişıq”
ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə 14 noyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı
İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyadan qidalanan
Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir-təftiş işləri
aparılacaq.




Bununla əlaqədar olaraq saat 10:30-dan 15:00-dək Biləcəri
qəsəbəsi M. Aslanov, L. Tolstoy küçələri, Mərəzə qəsəbəsinin bir
hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir