SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır – Nazir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana yatırdığı
investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri
Mariam Kvrivişvili ilə strateji enerji tərəfdaşlığımızın
prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda
inkişafını müzakirə etdik. SOCAR-ın Gürcüstana yatırdığı
investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır. Bu ilin ilk
9 ayında ölkəyə 1,5 milyard kubmetr təbii qaz tədarük edilib,
elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir