“Xocalı” quru yük gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb

Baş səhifə

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun “Handysize” tipli
“Xocalı” quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin
Los-Anceles limanına doğru yola düşüb.

Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun
təyinat limanına növbəti həftənin sonlarında çatması
gözlənilir.




Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz
naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat
standartlarına uyğun icra olunur.

Qeyd edək ki, “Xocalı” gəmisi 2024-cü il 27 may tarixində Çin
Xalq Respublikasında istismara verilib. Məhdudiyyətsiz üzmə
imkanlarına malik bu “Handysize” tipli quru yük gəmisinin
yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30,
suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir