
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İran İslam
Respublikasına təqribən 23,9 milyon kVt/saat həcmində elektrik
enerjisi ixrac edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
680 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 3,6 milyon kVt/saat və ya 13%, dəyər
ifadəsi ilə 101 min ABŞ dolları, yaxud 12,9% azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 9 ayı ərzində İrandan Azərbaycana
619 min ABŞ dolları dəyərində 21,8 milyon kVt/saat elektrik
enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 130 min ABŞ dolları və ya 17,3%, həcm ifadəsində isə 4,6
milyon kVt/saat və ya 17,3% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

