
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon
İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Vahid oğlu Novruzov
bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə
kollektivə təqdim olunub.
Trend xəbər
verir ki, icra başçısını Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal
Nağdəliyev təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının
tapşırıq və tövsiyələrini çatdırıb. V.Novruzov ona göstərilən
etimada görə minnətdarlıq edib.

