Azərbaycan Türkiyəyə elektrik enerjisi satışından 21,4 milyon dollar qazanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə
təqribən 345,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac
edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
21,4 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 74,4 milyon kVt/saat və ya 17,7%, dəyər
ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud 19,8% azalıb.




Dövr ərzində əks istiqamətdə elektrik enerjisi tədarükü qeydə
alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir