Azərbaycan BƏƏ-dən “AI-95” markalı benzin tədarükünü bərpa edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 6 ölkədən dəyəri
89,7 milyon ABŞ dolları olan 105,3 min ton mühərrik benzinləri,
tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya
daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin
idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
həcm ifadəsində 49,5 min ton və ya 88,7%, dəyər baxımından isə 35,9
milyon ABŞ dolları və ya 66,9% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə –
Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95”
markalı benzin ixrac edilib.

Həmçinin bir neçə aylıq faisələdən sonra Azərbaycan Birləşmiş
Ərəb Əmirliklərindən (BƏƏ) “Aİ-95” markalı benzin tədarükünü bərpa
edib. Belə ki, hesabat dövründə sözügedən ölkədən Azərbaycana
dəyəri 8,2 milyon ABŞ dolları olan 9,3 min ton “Aİ-95” markalı
benzin ixrac edilib.




2025-ci ilin ilk doqquz ayında Azərbaycanın “Aİ-95” markalı
benzin idxal etdiyi ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

12052,5

9883,38

Rusiya

69392,61

59255

Birləşmiş Ərəb Əmirlikləri

9299,74

8168,29

Gürcüstan

1499,08

1236,46

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

11664,79

10015,67

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton
avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 10,8 min ton və ya 1% çoxdur. Ötən ilin ilk 9
ayında ölkədə 1,070 milyon ton avtomobil benzini istehsal
olunmuşdu.

Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
62,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,047 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir