
Bakı. Trend:
Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin
inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir
dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları
infrastrukturuna böyük sərmayələr yatırır.
Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham
Əliyevin “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin
olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq
konfransın iştirakçılarına müraciətində yer alıb.
“Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi
rifah mənbəyi kimi deyil, eyni zamanda, Türk dövlətlərinin siyasi,
mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası
üçün vacib təməl kimi görürük”, – deyə Azərbaycan Prezidenti
vurğulayıb.

