Ünvanlı xidmət göstərilən vergi ödəyicilərinin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərinə
xidmət mərkəzlərində ümumilikdə 492.470 şəxs qəbul edilib, onlara
786.753 sayda xidmət göstərilib ki, bunun da 276 mindən çoxu şifahi
(müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı
ilə əlaqədar suallarının cavablandırılması), 177 mindən çoxu
elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif
ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik
göstərilməsi) xidmətlər olub.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi
(şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna
olmaqla) xidmətlərin 89,6 faizini təşkil edib:

Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin
hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;




Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial
sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında
qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota
alınması (uçotdan çıxarılması).

Yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil
olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,3
milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş
(məktub) göndərilib. Həmin dövr ərzində 3.398 vergi ödəyicisinin
iştirakı ilə 318 görüş keçirilib, 4.488 vergi ödəyicisinə ünvanlı
xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv
məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon
549 minə yaxın SMS göndərilib.

Yanvar – oktyabr ayları ərzində ümumilikdə 275.862 müraciət üzrə
424.853 Asan İmza sertifikatı verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir