Azərbaycan bu ölkəyə kivi ixracını bərpa edib

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,82 milyon ABŞ dolları dəyərində 2 452ton kivi idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % azdır.

Azərbaycan İrandan 1,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % az) 2 298 ton (-15 %), Çilidən 107 min ABŞ dolları dəyərində (+37 %) 77 ton (+38 %), Çindən 84 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 75 ton (+15 dəfə), İtaliyadan 15,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 1,9 ton (+4 dəfə), Yeni Zelandiyadan 1,92 min ABŞ dolları dəyərində (-67 %) 0,21 ton (-71 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 121 minABŞ dolları dəyərində (+2,2 dəfə) 80 ton (+7 %) kivi ixrac edib.

Azərbaycan Ukraynaya 66 min ABŞ dolları dəyərində 24,1 ton, Rusiyaya 39,15 minABŞ dolları dəyərində (+3 dəfə) 37,43 ton (+2 dəfə) və Qazaxıstana 15,36 min ABŞ dolları dəyərində (-65 %) 18,35 ton (-69%) məhsul satıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Ukraynaya kivi tədarükünü bərpa edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir