
Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır. Nəticədə qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır və heyvanlar tələf olur.
Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

