Azərbaycan 9 ayda Gürcüstana 185 milyon dollarlıq təbii qaz satıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycandan Gürcüstana 185
milyon ABŞ dolları dəyərində 1,727 milyard kubmetr (qaz halında)
təbii qaz ixrac edilib.

Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici məbləğ ifadəsində 27,9 milyon dollar və ya 13,1%, həcminə
görə isə 338,8 milyon kubmetr və ya 16,4% azalıb.




Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–sentyabr
aylarında Azərbaycandan gürcüstana 2,1 milyard kubmetr təbii qaz
ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 212,9 milyon ABŞ dolları
idi.

Qeyd edək ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan
xaricə ümumilikdə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyard
kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki
göstərici ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları
və ya 10,3% çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya
1,1% azdır.

Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 39,1 milyon ABŞ
dolları dəyərində 252,2 milyon kubmetr təbii qaz idxal edilib. Bu
isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,2
milyon ABŞ dolları və ya 49,4%, həcm baxımından isə 230,6 milyon
kubmetr və yaxud 47,8% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir