Mədəniyyət naziri beynəlxalq konqresdə iştirak edir

Baş səhifə

Bakı.Trend:

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd
şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda
beynəlxalq konqres keçirilir.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə
başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə
Azərbaycan nümayəndə heyəti də iştirak edir.




Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində
muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra
sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına
müraciəti oxunub.

Konqres daha sonra plenar iclasla davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir