Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımaların həcmi 2030-cu ilə qədər iki dəfə arta bilər – Rhenus Logistics (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımaların həcmi 2030-cu
ilə qədər iki dəfə arta bilər.

Bunu Trend
müsahibədə Multimodal daşımalar və təchizat zəncirlərinin idarə
edilməsi ilə məşğul olan Almaniyanın “Rhenus Logistics” beynəlxalq
logistika qrupundan bildiriblər.

“Şirkət Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımalar
həcminin yüksək və dayanıqlı artım potensialını görür. Qlobal
təchizat zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daşımalar
üçün daha dayanıqlı həllər axtarması ilə Transxəzər dəhlizi ehtiyat
variantından əsas ticarət marşrutuna çevrilib.




Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildə
təxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatıb ki, bu
da 2022-ci ildəki 1,5 milyon tonla müqayisədə əhəmiyyətli artım
deməkdir. Bakı, Aktau və Kurık kimi əsas hablara davamlı
investisiyalar və Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında
dəmir yolu əlaqələrinin təkmilləşdirilmiş koordinasiyasını nəzərə
alsaq, 2030-cu ilə qədər yük daşımalarının həcminin ikiqat artacağı
gözlənilir”,- deyə “Rhenus Logistics” nümayəndəsi qeyd edir.

Şirkət əlavə edib ki, liman və dəmir yolu infrastrukturunun daha
da inkişaf etdirilməsi, habelə effektiv multimodal koordinasiya
yaxın illərdə yükdaşıma həcmlərinin artımını stimullaşdırmağa davam
edəcək.

“Rhenus”un regionda və əsas terminallarda fəal iştirakı şirkətə
bu artımı dəstəkləməyə və koridor boyunca etibarlı, dayanıqlı
logistika həlləri təqdim etməyə imkan verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir