Azərbaycanda mobil operatorlar 1 mlrd. manatdan çox gəlir qazanıb

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3120,5 milyon manat dəyərində xidmət göstərilib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.

Dövr ərzində xidmətlərin 71,6%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1052,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir