
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə
nəql olunan tranzit neftinin həcmi 22,761 milyon ton təşkil
edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 1,4 milyon ton və ya 5,9% azdır.
Belə ki, 2024-cü ilin ilk 10 ayında BTC ilə 24,180 milyon ton
neft nəql edilmişdi.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5 faizini və
ya 19,705 milyon tonunu Azərbaycanda hasil edilən neft, 18,5
faizini və ya 4,475 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan
daxil olan neft təşkil edib.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 32,128
milyon ton neft nəql edilib. Nəqletmənin 75,3 faizi
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),
AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53
faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5
faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

