
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala 14,830 milyard
manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
1,3 faiz çox investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların
həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi isə 6 faiz artıb.
İstifadə olunmuş investisiyanın 7,500 milyard manatı və ya 50,6
faizi məhsul istehsalı sahələrinə, 4,863 milyard manatı (32,8
faizi) xidmət sahələrinə, 2,467 milyard manatı (16,6 faizi) isə
yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 11,486 milyard
manatını və ya 77,5 faizini daxili investisiyalar təşkil edib. Əsas
kapitala yönəldilmiş investisiyaların 11,494 milyard manatı və ya
77,5 faizi bilavasitə tikintiquraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub.

