Azərbaycanda sənaye məhsulu istehsalı 1%-dən çox azalıb

Baş səhifə

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-oktyabr aylarında 52,6
milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
1,2 faiz az sənaye məhsulu istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz
azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmıb.

Sənaye məhsulunun 60,8 faizi mədənçıxarma sektorunda, 32,8 faizi
emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir