
Bakı. Trend:
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki
şəxslər tərəfindən 2025-ci ilin yanvar-oktyabr aylarında 198,3
milyon ton yük və 1,785 milyard sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük
daşınması 2,3 faiz, sərnişin daşınması isə 5,3 faiz artıb.
Yüklərin 61,5 faizi avtomobil, 27,4 faizi boru kəməri, 7,0 faizi
dəmir yolu, 3,9 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə
daşınıb.
Sərnişinlərin 89,0 faizi avtomobil, 10,3 faizi metro, qalan
hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

