
Bakı.Trend:
Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr aylarında
14,0 milyon ton yük, 8265,6 min sərnişin daşınıb.
Trend xəbər
verir ki, bu barədə bu barədə Dövlət Statistika Komitəsi məlumat
yayıb.
Qeyd edilib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük
daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 19,1 faiz
artım müşahidə olunmuşdur.
Həmçinin dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-oktyabr
aylarında daşınmış yüklərin həcmi 7724,7 min ton təşkil etmiş və
əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb.
Yüklərin 48,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları
tərəfindən 10842,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata
keçirilmiş və yüklərin 8579,3 min tonunu və ya 79,1 faizini tranzit
yüklər təşkil edib.
2025-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan
yüklərin həcmi 420,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü
ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə
nisbətən 12,0 faiz azalaraq 21,3 min nəfər olub.

