
Bakı. Trend:
Bu ilin ilk 10 ayında Azərbaycanda informasiya və rabitə
müəssisələri tərəfindən göstərilmiş 3,120 milyard manatlıq
xidmətlərin 71,6 faizi əhali sektoruna aid olub.
Bu barədə Trend Dövlət Statisitka Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, 2025-ci ilin yanvar-oktyabr aylarında göstərilmiş
informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 8,5 faiz artıb.
Qeyd edilib ki, bu sahədə əldə edilmiş gəlirin 83,3 faizi
qeyri-dövlət sektorunun payına düşüb.

