
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri 73,7 milyard
manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata əsasən, bu göstərici nominal ifadədə 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Eyni zamanda qeyd edilib ki, 2025-ci ilin yanvar-sentyabr
aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü
ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1,088 milyard manat
təşkil edib.

