
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma
sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə
nisbətən 2,1 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 23 milyon ton,
əmtəəlik təbii qaz hasilatı isə 32,3 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

