
Bakı.Trend:
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların,
ayaqqabıların istehsalı sahələrində 449,2 milyon manat dəyərində
məhsul istehsal edilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
toxuculuq sənayesində 26,1 faiz artım, geyim istehsalında 9,2 faiz,
dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 18,6
faiz azalma müşahidə olunub.
2025-сi ilin yanvar-oktyabr aylarında dəri və dəridən
məmulatların, ayaqqabıların istehsalı sahəsi üzrə aşılanmadan başqa
digər emala məruz qalmayan dəri 40,6 faiz, dəridən sair hissə və
məmulatlar istehsalı 75,8 faiz azalıb.

