
Bakı.Trend:
Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar
üzrə tədris başlanacaq
Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət
göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr
hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının
tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot
ixtisasların tədrisinə başlanacaq.
Yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb
dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ tətbiqi
sənət daxildir.
Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin
birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris
olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də
valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.

