
Bakı.Trend:
2025-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının
ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12529,4 milyon manat
təşkil edib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 12529,4 milyon manatın 6079,9 milyon manatı
heyvandarlıq, 6449,5 milyon manatı bitkiçilik məhsullarının payına
düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının
ümumi məhsulu 1,0 faiz, o cümlədən heyvandarlıq məhsulları
istehsalı 0,4 faiz, bitkiçilik məhsulları üzrə isə 1,5 faiz
artıb.

