
Türkiyəli müğənni Yasəmən Yürükün başına iş gəlib. Sənətçi dəniz kənarında kofe içərkən telefonu əlindən suya düşüb.
Metbuat.az xəbər verir ki, Yasəmən bahalı telefonunu əldən vermək istəmədiyi üçün özünü suya atıb. Hava soyuq olmasına baxmayaraq, o, dənizdə xeyli axtarış aparıb. Amma muğənninin bütün cəhdləri nəticəsiz qalıb.
Yasəmən Yürükün rəfiqəsi həmin görüntüləri öz telefonunun yaddaşına köçürüb. Fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəzi sosial şəbəkə iştirakçıları sənətçini bir telefona görə soyuq havada dənizə girdiyi üçün qınayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

