
Bakı.Trend:
Milli Məclisin 19,20 və 21 noyabr tarixli iclaslarının gündəliyi
açlıqlanıb.
Trend xəbər
verir ki, iclasda 8 məsələ müzakirə olunacaq.
1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
5. “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının
həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial
sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta
haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında
xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari
şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan
xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”,
“Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari
dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız
hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
7. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün
xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi.

