İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Baş səhifə

Bakı.Trend:

“ZEYTUN PARK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin
əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri Suraxanı
rayon prokurorluğunda araşdırma aparılıb.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs
tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin
icarəsində olan paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi
ərazisində yerləşən bazarda müvafiq işlərin yerinə yetirilməsinə
cəlb edilməsi müəyyən edilib.




Faktla bağlı Suraxanı rayon prokurorluğunda Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək
müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş
üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə
göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat
məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Səfərov Kamal Hüseyn oğlu
barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş
üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla
3 min manat məbləğində cərimə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir