İstanbulda 8 Noyabr – Zəfər Günü qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin
(İSTAD) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)
birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr
olunan tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri
səsləndirilib.

Açılış nitqində İSTAD sədri və TADEF-in mətbuat katibi Sefer
Karakoyunlu 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Türk
dünyası üçün tarixi əhəmiyyətindən bəhs edib.




Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh
Hacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsini
və 44 günlük müharibə zamanı, eləcə də əvvəli və sonrası Türkiyənin
dəstəyini, iki qardaş xalqın həmrəyliyini bir daha diqqətə
çatdırıb. Dünyada Türkiyə və Azərbaycan kimi qardaşlığa malik
ikinci bir nümunə olmadığını bildirərək söyləyib: “Əsrlərə söykənən
bu qardaşlıq bu gün də, gələcəkdə də ən yüksək səviyyədə davam
edəcək”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Zəngəzur
dəhlizinin region üçün strateji əhəmiyyətindən danışıb.

Digər natiqlər Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən,
Azərbaycanın bölgədəki mövqeyinin güclənməsindən və
Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir