Aİ səfiri: Gənclərin diplomatiyada iştirakı cəmiyyətlərimizi bir-birinə bağlayır – FOTO

Baş səhifə

Bakıda “Aİ və Gənclər: Dayanıqlı Gələcək Naminə” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Avropa İttifaqının “Taleyini təhsil yazsın” şüarı altında keçirdiyi təhsil kampaniyasının yekununa, eləcə də Gənc Avropa Səfirlərinin Azərbaycandakı fəaliyyətinin 10 illiyinə həsr olunub.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri xanım Mariyana Kuyundziç və Gənc Avropa Səfirlərinin iştirakı ilə keçirilən tədbirdə müasir diplomatiya, lider qadınlar, gənclərin fəaliyyəti, rəqəmsal ictimai diplomatiya kimi məsələlər müzakirə edilib.

Səfir bildirib ki, dayanıqlı gələcəyin qurulmasında Aİ hər zaman gənclərə dəstək verməyə hazırdır.

“Gənc Avropa Səfirləri nəinki gələcəyin liderləri, onlar həm də bizim hazırkı tərəfdaşlarımızdır. Gənclərin diplomatiyada iştirakı cəmiyyətlərimizi daha çox gücləndirir və bir-birinə bağlayır. Dayanıqlı gələcəyin qurulmasında Aİ hər zaman gənclərə dəstək verməyə hazırdır. Biz insanlar arasında körpü yaradırıq. Gənc Avropa Səfirləri bizim bu məsələdə tərəfdaşlarımızdır. Onlar biznes startaplarının keçirilməsində, mədəni mübadilələrinin baş tutmasında, təqaüd proqramlarında və digər bir sıra müştərək layihələrdə iştirak edirlər. Qadınlar və gənclərin diplomatiyada iştirakı cəmiyyətlərimizi daha da gücləndirir və əlaqələrimiz yaxşılaşdırır”, – Aİ səfiri qeyd edib.

Xatırladaq ki, Gənc Avropa Səfirləri (YEA) Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan gənc könüllülərin qeyri-siyasi şəbəkəsidir. Şəbəkə gənclər arasında dialoq və əməkdaşlığı təşviq edərək, Azərbaycan və Avropa arasında əlaqələrin inkişafına töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir