ABŞ bu turistlərə viza verilməsini məhdudlaşdıracaq

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası piylənmə, diabet və digər xroniki
xəstəlikləri olan turistlər üçün viza məhdudiyyətlərinə dair
informasiyanı təsdiqləyib.

Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
katibinin müavini Anna Kelli bildirib.




Onun sözlərinə görə, yüz ildir ki Dövlət Departamentinin
siyasətinə vergi ödəyiciləri üçün maliyyə yükü ola biləcək
turistlərin ölkəyə girişini məhdudlaşdırmaq, eləcə də hökumət
tərəfindən maliyyələşdirilən səhiyyə xidmətinə müraciət edənlərə
rədd cavabı vermək səlahiyyəti daxildir.

Yeni təlimatlar ABŞ hökumətinə ictimai ittihamlar fonunda mövcud
qaydaların nisbətən sərt təfsiridir və sonradan dövlət yardımına
ehtiyac duya biləcək şəxslərin ölkəyə girişini qadağan edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir