Zəfər Günü Krivoy Roqda qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən “Azərbaycan
Diasporu” təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr
olunan bayram tədbiri keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə şəhər hərbi administrasiyasının sədr
müavini Viktoriya Samoylenko, Azərbaycan əsilli tanınmış yazıçı
Qriqoriy Hüseynov, ictimaiyyət və diaspor nümayəndələri iştirak
ediblər.




Viktoriya Samoylenko Azərbaycan xalqını Zəfər bayramı
münasibətilə təbrik edib, Azərbaycan–Ukrayna münasibətlərinin
dostluq və qarşılıqlı hörmət əsasında inkişafda olduğunu
vurğulayıb. O, göstərilən siyasi dəstək və humanitar yardımlara
görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

“Azərbaycan Diasporu” təşkilatının sədri Kəmaləddin Ağayev Zəfər
Gününün xalqımız üçün qürur mənbəyi olduğunu deyib. Sədr
Azərbaycanın bu Qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini,
hazırda Qarabağda genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış”
prosesinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə
çatdırıb.

Tədbirin sonunda Zəfər Gününə həsr olunan film nümayiş
etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir