
Bakı. Trend:
Türkiyə milli komandasının heyətində itki baş verib.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, müdafiəçi Emirhan Topçu zədələnib. Bu barədə
Türkiyə Futbol Federasiyasının mətbuaat xidməəti məlumat yayıb.
Ayaq əzələsindən zədə alan “Beşikatş”ın futbolçusu heyətdən
çıxarılıb. 25 yaşlı mərkəz müdafiəçisi müalicə almaq üçün klubunun
düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Türkiyə millisi sabah evdə Bolqarıstanı qəbul
edəcək.

