Zəfər Gününün qəhrəman ruhu güləş xalçasında (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM)
təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yunan-Roma güləşi üzrə
yeniyetmələr arasında klub turniri keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçən qəhrəman
övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

GAİM-in icraçı direktoru Murad Muradov açılış nitqində Zəfər
Gününün tarixi əhəmiyyətindən və bu cür tədbirlərin gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıb.




Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Vaqif Seyidbəyov və ölkəmizin Gürcüstandakı
səfirliyinin nümayəndəsi Kəmal Xəlilov çıxışlarında Zəfər Günü
münasibətilə hər kəsi təbrik edib, idmançılara uğurlar
arzulayıblar.

Turnir gənc idmançıların əzmkarlıq, dözüm və vətənpərvərlik
ruhunda keçib. Onlar tamaşaçılara maraqlı və həyəcanlı anlar
yaşadıblar.

Yarışın nəticələrinə əsasən, Qızılhacılı komandası birinci, GAİM
komandası ikinci, Araflı komandası isə üçüncü yerin sahibi
olublar.

Sonda qalib komandaların məşqçilərinə və idmançılara medallar,
kubok və diplomlar təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir