Ermənistan onu Rusiyaya təhvil verməyəcək

Baş səhifə

Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.

Modern.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.

“Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada kriminal aləmdə “Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir