Azərbaycanda süni intellekt aparıcı İKT xəbərlərini təqdim edəcək

Baş səhifə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təqdim etdiyi “Smart icmal” süni intellekt əsaslı xəbər buraxılışı izləyicilərin ixtiyarına verilib.

Bu barədə “APA-Economics”ə RİNN-dən bildirilib.

Məlumata görə, süni intellekt aparıcı “NaRİNN” nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərinin icmalını bölüşəcək.

“Smart icmal” vasitəsilə sektorda baş verən dəyişiklikləri, innovasiyaları və rəqəmsal transformasiyanın əsas məqamlarını daha dinamik, müasir və texnoloji formatda izləmək imkanı olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir