Məşhur aparıcı xərçəng olduğunu açıqladı

Baş səhifə

Türkiyənin məşhur televiziya aparıcısı Ece Vahapoğlu ağır xəstəlikdən əziyyət çəkir. O, 2 aydır xərçənglə mübarizə aparır.

Metbuat.az xəbər verir ki, bu barədə xəbəri Vahapoğlu özü pərəstişkarlarına çatdırıb. Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: “İki aydır xərçənglə mübarizə aparıram”.

Tanınmış telejurnalist həmişə sağlamlığının qeydinə qaldığını deyib:

“Qida rejiminə diqqət edirəm. Mütəmadi olaraq idmanla məşğul oluram. Yoqa ən çox sevdiyim məşğuliyyətlərdən biridir. Sağlam həyat tərzi keçirirəm. Amma başıma belə iş gəldi”.

Ece Vahapoğlu müalicə prosesinin uğurla keçdiyini vurğulayıb: “Sağalmaq üçün əlimdən gələni edirəm”.

İstedadlı telejurnalist pərəstişkarlarını öz sağlamlıqlarının qeydinə qalmağa səsləyib: “Həyatda ən gözəl nemət cansağlığıdır. Vaxtaşırı həkim müayinəsidən keçin, özünüzü, övladlarınızı fikirləşin”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir